• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Trampdan Zelenskiyə: "Ya sülh, ya da daha üç il müharibə"

DÜNYA

24 Aprel 2025 | 00:16

Trampdan Zelenskiyə: Ya sülh, ya da daha üç il müharibə

"Əgər Krım ona (Zelenskiyə) lazımdırsa, niyə onun uğrunda mübarizə aparmadılar?"

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

Ukrayna prezidenti Volodimir Zelenskini kəskin tənqid edən Tramp bildirib ki, 11 il əvvəl Krım bir güllə belə atılmadan Rusiyaya verilib.

O, həmçinin Zelenskini böhranın həllini çətinləşdirən təxribat xarakterli bəyanatlar verməkdə ittiham edib.

"Ukrayna üçün vəziyyət ağırdır - Zelenski ya sülh əldə edə bilər, ya da daha üç il mübarizə aparıb bütün ölkəni itirə bilər", - Tramp bildirib. /APA


SON XƏBƏRLƏR

23 Aprel 2025