• Bakı 19° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

12 ştat Tramp administrasiyasını məhkəməyə verib

DÜNYA

24 Aprel 2025 | 09:12

12 ştat Tramp administrasiyasını məhkəməyə verib

12 ştat ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün Federal Beynəlxalq Ticarət Məhkəməsinə iddia qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

“Ölkənin ticarət siyasəti indi prezidentin qanuni səlahiyyətlərinin səmərəli həyata keçirilməsinə arxalanmaqdansa, onun şıltaqlığından asılıdır. ABŞ-a göndərilən hər hansı mallara yüksək və daim dəyişən rüsumlar tətbiq etmək hüququnu öz üzərinə götürərək, Prezident konstitusiya nizamını pozub və Amerika iqtisadiyyatına xaos gətirib”, - sənəddə bildirilib.

Dövlət başçısı iqtisadiyyata ziyan vurmaqla yanaşı, Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunur.

Telekanal qeyd edib ki, iddia Konqresdə geniş ticarət səlahiyyətlərinin qanunverici orqanın əlinə qaytarılması üçün ikipartiyalı təşəbbüs fonunda qaldırılıb.

Qanun layihəsi Senatın Maliyyə Komitəsinin üzvləri Vaşinqtondan olan demokrat Mariya Kantvel və Ayova ştatından respublikaçı Çak Qrassli tərəfindən birgə dəstəklənib. Qanun layihəsi qəbul olunarsa, prezident yeni tariflərin tətbiqindən 48 saat əvvəl Konqresə məlumat verməli olacaq.


SON XƏBƏRLƏR

23 Aprel 2025