• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Bakıda dəhşətli qəza: Ölənlər var  - YENİLƏNİB

HADİSƏ

23 Aprel 2025 | 23:23

Bakıda dəhşətli qəza: Ölənlər var  - YENİLƏNİB

Lökbatanda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Bakıvaxtı.az-a bildirib ki, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

"Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb.

İstintaq araşdırması aparılır"- deyə o əlavə edib.

XXX

20:30

Bakıda qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lökbatan ərazisində baş verib.

Qəza nəticəsində xeyli sayda şəxs xəsarət alıb.

Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib./Trend


SON XƏBƏRLƏR

23 Aprel 2025