Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.04.2025-ci il tarixində saat 09:40 radələrində Kürdəxanı ərazisində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Müraciət qeydə alınmayıb.
Mina Mikayılova