Bakıda Kosmik Texnologiyalar Konfransı – “Space Technology Conference” (STC2025) keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, “Azərkosmos”un təşkilatçılığı ilə keçirilən konfransda “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi”, “Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu”, “Kosmik sənayedə innovasiya və investisiyalar”, “Kiçikölçülü peyklər”, “Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası”, “Regional çağırışlar üçün peyk texnologiyalarının rolu” kimi məsələlər müzakirə olunacaq.
İkigünlük tədbirə 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçı qatılıb. Konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan nümayəndələr qatılıb.
Xatırladaq ki, ötən gün Bakıda Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin 4-cü toplantısı keçirilib.