• Bakı 19° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

ABL: Sonuncu yarımfinalçı bəlli olacaq

İDMAN

24 Aprel 2025 | 09:17

ABL: Sonuncu yarımfinalçı bəlli olacaq

Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanan sonuncu komanda bəlli olacaq.

Bakıvaxtı.az xəbər verir ki, pley-off mərhələsinin üçüncü oyununda bu gün "Abşeron" və "Naxçıvan" münasibətlərə aydınlıq gətirəcəklər.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə ediblər.

Cütün qalibi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə "Sabah" və "Şəki" komandaları qarşılaşacaqlar.


SON XƏBƏRLƏR

23 Aprel 2025