Qarlı hava şəraiti ilə əlaqəli olaraq 23 fevral tarixindən bu saata qədər 111 nəfər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.
















