• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Suraxanıda yaşayış binasında yanğın - 33 nəfər təxliyə olundu

HADİSƏ

26 Noyabr 2024 | 18:13 | Müəllif: Subhan Mahmudov

Suraxanıda yaşayış binasında yanğın - 33 nəfər təxliyə olundu

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026