• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Belaruslu nazir: "Kazan sammitində BRICS-ə daha 10 ölkə qoşulacaq"

DÜNYA

28 Sentyabr 2024 | 14:38

Belaruslu nazir: Kazan sammitində BRICS-ə daha 10 ölkə qoşulacaq

Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək sammit zamanı BRICS iqtisadi blokuna 10-a yaxın yeni üzv qoşulacaq.

Bakıvaxtı.az xəbər verir ki, Belarus rəsmisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxışında bu il BRICS-ə sədrlik edən Moskvanın blokun genişlənməsi üçün dövlətlərin siyahısını tərtib etdiyini bildirib. O, Belarusun üzvlüklə bağlı müraciətinin təsdiq ediləcəyinə ümidvar olduğunu deyib.

2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında daha da genişlənməsinə və altı yeni üzvün qoşulmasına baxmayaraq, blok orijinal adını saxlamağa üstünlük verib.


SON XƏBƏRLƏR