• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Onlar seçkilərdə Trampı dəstəkləyir

DÜNYA

28 Oktyabr 2024 | 13:52 | Müəllif: Əli Hüseynov

Onlar seçkilərdə Trampı dəstəkləyir

Birləşmiş Ştatların ən varlı insanları Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyir.

Bakıvaxtı.az “Financial Times” nəşrinə istinadla xəbər verir ki, Trampın seçkiqabağı kampaniyası zamanı toplanan 1,7 milyard dollarlıq ümumi ianənin təxminən üçdəbiri (566 milyon dollar) milyarderlərdən gəlib. Demokratlar Partiyasının namizədi Kamala Harrisin topladığı müvafiq ianə isə cəmi 6 faiz təşkil edib. Bununla belə, onun aktivində artıq 2,2 milyard dollar vəsait var.

Qəzetin məlumatına görə, “Forbes”in siyahısında olan 800-ə yaxın amerikalı milyarderdən 144-ü “2024-cü il seçkilərinə təsir göstərmək üçün öz sərvətindən istifadə edir”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. /Azərtac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026