• Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

BMT İsrail və Livan arasında atəşkəsi alqışlayıb

DÜNYA

27 Noyabr 2024 | 11:37

BMT İsrail və Livan arasında atəşkəsi alqışlayıb

"Ümid edir ki, bu saziş hər iki ölkə xalqının zorakılığına, dağıntılarına və iztirablarına son qoyacaq".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Antonio Quterreş adından verdiyi yazılı açıqlamada qeyd edib.

Bildirilib ki, BMT-nin baş katibi Livan və İsrail arasında atəşkəs elan edilməsini alqışlayır, bu razılaşmanın hər iki ölkənin xalqının zorakılığına, dağıntılarına və iztirablarına son qoyacağına ümid edir.

"Baş katib tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası istiqamətində nəzərdə tutulmuş bütün öhdəliklərə tam əməl etməyə və operativ şəkildə yerinə yetirməyə çağırır. Dünya təşkilatının rəhbəri  çağırıb", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Livanla İsrail arasında atəşkəs razılaşması əldə olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Mart 2025