• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Putin Trampın sülh planı ideyasını rədd etdi - ISW

DÜNYA

27 Dekabr 2024 | 10:00 | Müəllif: Qalib İbrahimoğlu

Putin Trampın sülh planı ideyasını rədd etdi - ISW

Rusiya lideri Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada sülhlə bağlı hazırladığı təklifi rədd edib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Məlumata görə, Putin Tramp komandasının Ukraynanın NATO-ya üzvlüyünün ən azı on il müddətinə təxirə salınması təklifini müharibənin dayandırılması şərti kimi birbaşa rədd edib.

Dekabrın 26-da Rusiya prezidenti Ağ Evin yeni sahibinin komandasının bu fikrini şərh edərkən deyib ki, Ukraynanın bu gün, sabah və ya 10 ildən sonra NATO-ya üzv olmasının fərqi yoxdur.

“Putinin bu bəyanatı onun 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlinə dair tələbləri ilə bağlı kompromisləri nəzərdən keçirməkdən imtina etdiyini təsdiqləyən bir sıra şərhlərin bir hissəsidir”, - analitiklər qeyd edirlər.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR