Qərb ölkələri sazişin bağlanmasını pozdu və Ukraynadakı münaqişənin 2022-ci ildə bitməsinə mane oldu.
Bakıvaxtı.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Müharibə hələ 2022-ci ilin aprelində, sülh sazişinin gündəmdə olduğu vaxtda başa çata bilərdi. Lakin Qərb Ukraynanın sazişi imzalamasına mane oldu”, - Fitso deyib.
Onun fikrincə, Ukraynanı fəlakətli perspektivlər gözləyir:
“Ukrayna heç vaxt NATO-da olmayacaq və AB-yə daxil olmaqda böyük problemlər yaşayacaq”.