• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Naməlum qızdırma yayılır: artıq 52 adam ölüb

DÜNYA

24 Fevral 2025 | 23:31 | Müəllif: Subhan Mahmudov

Naməlum qızdırma yayılır: artıq 52 adam ölüb

Konqo Demokratik Respublikasının şimal-qərbində 50-dən çox insan naməlum xəstəlikdən ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Basankusu şəhərində mənşəyi məlum olmayan qızdırma yayılır. Artıq 943 nəfər bu xəstəliyə yoluxub. Onlardan 52-si dünyasını dəyişib”, - məlumatda bildirilir.

Naməlum xəstəliyin ilk halları fevralın 9-da qeydə alınıb. İnfeksiyaya yoluxmuş şəxslər qızdırma, titrəmə, baş ağrısı, oynaq ağrıları və digər simptomlar yaşayırlar.

Ebola qızdırmasının mümkün yayılma ehtimalı istisna edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026