Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə yerli KİV-ə istinadla xəbər verir.
Məlumata görə, mərkəzi Bolu olan 18 ildə həyata keçirilən qanunsuz mərc əməliyyatı çərçivəsində 39 şübhəli saxlanılıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı qanunsuz mərc oyunlarında istifadə olunduğu aşkarlanan çoxlu sayda mobil telefon, planşet və kompüterlər yoxlamaq üçün götürülüb.
Mərc edən, mərc təşkil edən və ya vasitəçi kimi fəaliyyət göstərən 10 nəfərin tutulması istiqamətində işlər davam etdirilir.
Nuriyyə Musayeva