• Bakı 11° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırdı

DÜNYA

26 Mart 2025 | 23:27

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırdı

Fransa Ukraynaya əlavə 2 milyard avro hərbi yardım ayıracaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

    Makronun sözlərinə görə, bu pullar Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına yönəldiləcək.

    "Bunlar "Milan" tank əleyhinə raketləri, "Mirage", "Mistral" yerüstü müdafiə raketləri ilə təchiz edilmiş "Misa" hava hücumundan müdafiə raketləri üçündür. Bunlar həm də Ukraynaya zirehli maşınlar kimi cəbhəni saxlamağa imkan verəcək vasitələr üçündür. Bunlar silah-sursat, o cümlədən uzaqdan idarə olunan döyüş sursatları üçündür. Bu, həm də müdafiə müəssisələrimizlə tərəfdaşlıq sayəsində Ukraynada avadanlıq istehsalı üçündür", - Makron bildirib.

    O, həmçinin Donald Trampın Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək niyyətlərini dəstəklədiyini bildirib. 

    Makron bildirib ki, Səudiyyə Ərəbistanında aparılan danışıqlar müharibənin daha geniş şəkildə sona çatması üçün ilk addım ola bilər.


    SON XƏBƏRLƏR

    29 Mart 2025