• Bakı 16° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

KİV: Avropa artıq Ukraynaya sülhməramlı göndərmək fikrindən yayınıb

DÜNYA

26 Mart 2025 | 21:25

KİV: Avropa artıq Ukraynaya sülhməramlı göndərmək fikrindən yayınıb

Avropa sülhməramlı qüvvələrini Ukraynaya göndərmək fikrini dəyişib və indi Kiyevi dəstəkləmək üçün alternativ variantlar axtarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ avropalı diplomatlara istinadən məlumat verir.

Məlumata görə, adı açıqlanmayan diplomatlardan biri avropalıların indi qoşun göndərmək fikrindən yayındığını və daha mənalı ola biləcək bir şey tapmağa çalışdıqlarını deyib.

Digər bir mənbə isə bildirib ki, qoşunların göndərilməsi ideyası Ukrayna daha yaxşı vəziyyətdə olduğu zaman cəlbedici idi, lakin cəbhədəki mövcud vəziyyəti və Ağ Evə kimin rəhbərlik etdiyini nəzərə alsaq, sülhməramlı göndərmək ideyası artıq o qədər də cəlbedici deyil.


SON XƏBƏRLƏR

29 Mart 2025