• Bakı 15° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Rusiyada yeni naməlum VİRUS

DÜNYA

30 Mart 2025 | 10:16

Rusiyada yeni naməlum VİRUS

Rusiyada "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) naməlum virusa yoluxma ilə bağlı məlumatları nəzarətə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idarə öz "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunur ki, agentlik sosial şəbəkələrdə yayılan bütün son məlumatları araşdırır. Eyni zamanda, "Rospotrebnadzor" bəyan edib ki, virusla bağlı vəziyyət nəzarət altındadır.

İlk yoluxmuşların dediyinə görə, hər şey adi ağrı və halsızlıqdan başlayır, lakin bir neçə gündən sonra xəstəlik insanı elə vəziyyətə salır ki, yataqdan qalxmaq mümkün olmur. Bundan əlavə, xəstə qan öskürməyə başlayır və daim yüksək temperaturla mübarizə aparır. Eyni zamanda, COVID-19 və A, B qripi üçün testlər mənfi nəticə verir.

Qeyd olunur ki, bu, mikoplazma pnevmoniyası ola bilər. Analoji hadisə ötən ilin dekabrında da müşahidə edilmişdi.


SON XƏBƏRLƏR

31 Mart 2025