• Bakı 17° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Mirziyoyeva Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

CƏMİYYƏT

29 Mart 2025 | 18:16

Mirziyoyeva Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

    "Möhtərəm Mehriban xanım.

    Təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Şərq Yeni ilində Sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. Doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm".


    SON XƏBƏRLƏR

    31 Mart 2025