• Bakı 18° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Azərbaycanda 12 günlük bayram tətili BAŞA ÇATDI 

CƏMİYYƏT

01 Aprel 2025 | 00:00

Azərbaycanda 12 günlük bayram tətili BAŞA ÇATDI 

​​​​​​Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb.

Bakıvaxtı.az xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyündən qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olub. Martın 29-30-u isə şənbə və bazar günlərinə düşüb. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edib. Yəni martın 20-dən 31-dək Azərbaycanda iş günü olmayıb.

Bayramdan sonra ilk iş günü bu gün - aprelin 1-dədir.

Nərgiz Məmmədli 


SON XƏBƏRLƏR

01 Aprel 2025