• Bakı 16° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - Video

CƏMİYYƏT

31 Mart 2025 | 21:43

Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - Video

Ermənistan İrəvanda Azərbaycan dilində danışaraq video çəkən türkiyəli gəncə qarşı cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “Joxovurd” nəşrinin müxbirinə bildirib.

Abazyan ətraflı məlumat verməyib, o, jurnalistə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradan isə Ermənistanın paytaxtına yollanıb.

Gənc səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı “tarixi torpaqlarımız” adlandırıb.


SON XƏBƏRLƏR

01 Aprel 2025