• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

ABŞ Somalidə İŞİD mövqelərinə zərbə endirib

DÜNYA

30 Mart 2025 | 09:26

ABŞ Somalidə İŞİD mövqelərinə zərbə endirib

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Somalidə İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFRICOM-un saytında məlumat yerləşdirilib.

Əməliyyat martın 29-da Somali hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirilib. Hədəf Bosasodan cənub-şərqdə, Puntland bölgəsində yerləşən İŞİD mövqeləri olub.

Qeyd edək ki, martın 28-də Somali Prezidenti Hasan Şeyx Mohamudun amerikalı həmkarı Donald Trampa məktub göndərdiyi məlum olub. Məktubda faktiki Somali hökumətinin nəzarətində olmayan Berbera limanı və hava bazası, eləcə də Puntlenddəki Bosaso limanı və aviabazanın ABŞ-nin nəzarətinə verilməsi təklif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026