• Bakı 27° C

    1.98 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Zelenskidən Putinin atəşkəs qərarına REAKSİYA

DÜNYA

29 Aprel 2025 | 00:23

Zelenskidən Putinin atəşkəs qərarına REAKSİYA

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin may ayında elan etdiyi atəşkəslə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenskinin videomüraciəti onun Teleqram kanalında yayımlanıb.

Onun fikrincə, atəşkəs növbəti manipulyasiya cəhdidir:

“Niyə hamı mayın 8-nə qədər gözləsin və parad zamanı Putin üçün səssizliyi təmin etmək üçün atəşi dayandırsın?”

O əlavə edib ki, Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.

Zelenski ən azı 30 gün ərzində dərhal, tam və qeyd-şərtsiz atəşkəsə çağırıb.

Qeyd edək ki, Putin Qələbənin 80-ci ildönümündə (8-11 may) atəşkəs elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026