• Bakı C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Putin miqrantlarla bağlı qərar verdi

DÜNYA

29 Aprel 2025 | 00:31

Putin miqrantlarla bağlı qərar verdi

Rusiyada miqrantlara hüquqi statuslarını tənzimləmək üçün verilən möhlətin vaxtı 133 gün uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada hüquqi statuslarını tənzimləmə müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı fərmana əsasən, qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmək üçün aprelin 30-dək vaxt verilmişdi.

Bu müddət ərzində hüquqi statusunu tənzimləməyən miqrant mayın 1-dən etibarən Rusiya ərazisindən çıxarılacaqdı. /APA


SON XƏBƏRLƏR

28 Aprel 2025