• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məhəmməd bin Salmandan İlham Əliyevə təbrik 

SİYASƏT

30 Mart 2025 | 10:38

Məhəmməd bin Salmandan İlham Əliyevə təbrik

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

    "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

    Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm. Sizə cansağlığı və səadət diləyirəm.

    Uca Allahdan bu mübarək bayramın hamınıza xeyir və bərəkət gətirməsini arzu edirəm. Həqiqətən O, duaları eşidən və qəbul edəndir.

    Zati-aliləri, Sizə olan hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026