• Bakı 31° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Dünya ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırdı

DÜNYA

30 Mart 2025 | 09:12

Dünya ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırdı

Suriyanın yeni hökumətində iqtisadiyyat naziri Nidal əş-Şaar dünya birliyini respublikanın bərpasına kömək etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirin çıxışını “Al Hadath” telekanalı yayımlayıb.

Əş-Şaarın fikrincə, hazırda ölkə hakimiyyətinin iqtisadiyyatı daha möhkəm təməl üzərində bərpa etmək imkanı var. Onlar istehsalın gücləndirilməsinə, kiçik və orta müəssisələrin dəstəklənməsinə və xarici investisiyaların cəlb edilməsinə diqqət yetirmək niyyətindədirlər.

“Biz beynəlxalq birliyi əvvəlki rejim tərəfindən dağıdılmış şeylərin bərpası prosesinə töhfə verməyə çağırırıq”, – nazir bildirib.

O əlavə edib ki, hakimiyyət respublikada yeni iş yerləri yaradacaq və yatırım mühitini daha təhlükəsiz və cəlbedici etmək üçün şəffaflığı artıracaq.


SON XƏBƏRLƏR

13 Iyul 2025
12 Iyul 2025