• Bakı 17° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Biləsuvarda əməliyyat - narkotik və silah-sursat...

HADİSƏ

30 Mart 2025 | 12:11

Biləsuvarda əməliyyat - narkotik və silah-sursat...

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı E.Məmmədov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.

Keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Y.Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR