• Bakı 17° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 600-ü keçib

DÜNYA

29 Mart 2025 | 18:28

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 600-ü keçib

Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.

Bundan əvvəl 1 002 nəfərin öldüyü, 2 376 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 maqnituda gücündə iki zəlzələ baş vermişdi. Martın 29-da 5,2 maqnituda gücündə üçüncü seysmik hadisə qeydə alınmışdı. Fəlakət evləri, Saqainq və Mandalay şəhərlərini birləşdirən körpünü dağıdıb, Mandalay və Naypyitav beynəlxalq hava limanlarına ciddi ziyan vurub.


SON XƏBƏRLƏR

31 Mart 2025