• Bakı 15° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Tailand və Myanmadakı zəlzələdə azərbaycanlılar xəsarət alıb?

DÜNYA

29 Mart 2025 | 20:33

Tailand və Myanmadakı zəlzələdə azərbaycanlılar xəsarət alıb?

“Tailand və Myanmada baş verən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib. Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1644 nəfərə çatıb. Son məlumata görə, 3400-dən çox yaralı var, 139 nəfər itkin düşüb.

Tailandda isə təbii fəlakət nəticəsində ölənlərin sayı 13 nəfərə yüksəlib, 10 nəfər yaralanıb, azı 118 nəfər itkin düşmüş hesab olunur.


SON XƏBƏRLƏR

31 Mart 2025