• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir neçə gün əvvəl Azərbaycandan yardım gəldi - Qusev

DÜNYA

24 Fevral 2025 | 21:55 | Müəllif: Subhan Mahmudov

Bir neçə gün əvvəl Azərbaycandan yardım gəldi - Qusev

Müharibənin ilk saatlarından onminlərlə ukraynalı öz torpaqlarını müdafiə etmək üçün silaha sarıldı. Bütün sivil dünya Ukraynanın tərəfini tutdu və biz tərəfdaşlarımıza göstərdikləri kömək və verdikləri dəstəyə görə ürəkdən minnətdarıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.

“2022-ci il fevralın 26-da Azərbaycandan humanitar yardım daşıyan ilk təyyarənin Polşaya eniş etdiyini hər zaman xatırlayacağıq. Cəmi bir neçə gün əvvəl enerji sistemimizi bərpa etmək üçün Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya gəldi. Biz bunu yüksək qiymətləndiririk və həmişə xatırlayacağıq”, - müraciətdə qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026