• Bakı 11° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ermənistan Qarabağ ermənilərinə yardımı dayandırır

DÜNYA

26 Mart 2025 | 19:36

Ermənistan Qarabağ ermənilərinə yardımı dayandırır

Ermənistan hökuməti Qarabağdan olan ermənilərə qısamüddətli yardım proqramlarını davam etdirməyi planlaşdırmır. 

Bakıvaxtı.az Unikala istinadla xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan parlamentdə hökumət saatında açıqlayıb. 

O, müxalifətin “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyanın müvafiq sualına belə cavab verib: "Aprelin 1-dən əmək qabiliyyətli vətəndaşlar 40+10 min dram qısamüddətli yardım proqramı çərçivəsində müavinət almayacaqlar. Onları yalnız uşaqlar, pensiyaçılar, əlil vətəndaşlar (1-ci və 2-ci qrup əlillər), habelə ailə başçısını itirmiş ailələr alacaqlar. Lakin onlar üçün dəstək ayda 40 min dram, iyuldan dekabr ayına qədər isə 30 minə qədər azalacaq".

Nazir qeyd edib ki, hökumət eyni vaxtda müavinətlər ayıra və uzunmüddətli proqramlar həyata keçirə bilməz: "Nazirlər Kabinetinin əsas məqsədi onların iş tapmasını təmin etməkdir". 


SON XƏBƏRLƏR

29 Mart 2025