• Bakı 12° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bakıda "Nissan" qaçırıldı

HADİSƏ

29 Mart 2025 | 12:10

Bakıda Nissan qaçırıldı

Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərə məxsus “Nissan” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı X.Kərimov avtomobillə birgə saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus 2000 manat dəyərində avtomobil disklərini oğurlamaqda şübhəli bilinən 32 yaşlı V.Əliyev, 31 yaşlı E.Tağıyev və 31 yaşlı S.Ələkbərovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

31 Mart 2025