• Bakı 11° C

    13.08 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Həftəsonu kartlardan 10 min manatdan çox pul oğurlanıb

HADİSƏ

28 Aprel 2025 | 09:55

Həftəsonu kartlardan 10 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

    “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda vurğulanıb.


    SON XƏBƏRLƏR