• Bakı 12° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Alatavada qanunsuz söküntü: “Melissa”nın rəhbəri və ekskavatorçu həbs edildi - YENİLƏNİB

HADİSƏ

29 Mart 2025 | 14:51

Alatavada qanunsuz söküntü: “Melissa”nın rəhbəri və ekskavatorçu həbs edildi - YENİLƏNİB

Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.

    Eynullayev Qala Seymur oglu barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar.

    ***

    13:27

    Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan şirkət rəhbəri ilə bağlı məhkəməyə təqdimat daxil olub.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.

    İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

      Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

      Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

      Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.


      SON XƏBƏRLƏR

      31 Mart 2025