Danimarka ilk dəfə olaraq qadınları məcburi hərbi xidmətə cəlb etmək və hərbi xidmət müddətini uzatmaq planlarını açıqlayıb.
Bakıvaxt.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən etibarən qadınların da məcburi hərbi xidmətə cəlb olunacağını açıqlayıb.
Ötən il hərbi xidmətə gedən 4700 nəfərin təxminən dörddə biri qadınlardır.
Norveç və Danimarka İsveçdən sonra bunu edən üçüncü Avropa ölkəsi olacaq.
Nuriyyə Musyeva