Avstraliya senatoru Sara Hanson-Yanq parlamente qızılbalıq gətirib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Avstraliyanın baş naziri Entoni Albanese hökumətinin Tasmaniyadakı Makquari adasında qızılbalıq yetişdirilməsini qorumaq üçün təqdim etdiyi qanun layihəsi Senatda müzakirələrə səbəb olub.
Yaşıllar Partiyasının senatoru Sarah Hanson-Yanq çıxışında qanun layihəsini tənqid edərək, hökuməti "zəhərli və çirkləndirici qızılbalıq sənayesini" dəstəkləmək üçün ətraf mühitin mühafizəsi qanunlarını pozmaqda ittiham edib.
Sara Hanson-Yanq hökumətin qızılbalıq təsərrüfatlarını qorumaq üçün təklif etdiyi qanun layihəsinə etiraz etmək üçün kürsüyə plastik torbada qızılbalıq gətirib. Qoxu yayıldığı üçün parlamentdə çətin anlar yaşanıb.
Senatın sədri Sue Lines senator Hanson-Yanqa balıqları çıxarmaq üçün xəbərdarlıq edib.
Nuriyyə Musayeva