• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

BMT Rusiya əleyhinə qətnamə qəbul etdi

DÜNYA

24 Fevral 2025 | 23:00 | Müəllif: Subhan Mahmudov

BMT Rusiya əleyhinə qətnamə qəbul etdi

BMT Baş Assambleyası Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinə səs verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Avropa ölkələri və Ukraynanın hazırladığı qətnamə layihəsinin lehinə 93 ölkə səs verib.

ABŞ, İsrail və Macarıstan da daxil olmaqla 18 ölkə layihənin əleyhinə səs verib, 65 ölkə isə bitərəf qalıb.

Bitərəf qalanlar arasında Ermənistan, Braziliya, Vyetnam, Hindistan, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Kuba, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan və Özbəkistan da var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026