• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Binəqədidə mebel sexində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

HADİSƏ

28 Sentyabr 2024 | 17:03

Binəqədidə mebel sexində baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

16:00

Binəqədi rayonu ərazisində güclü yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumatlara görə hadisə mebel sexində olub.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım əməkdaşları cəlb olunub.

İtkilərin olub-olmaması ilə bağlı hələ ki, məlumat yoxdur.

Əli Hüseynov


SON XƏBƏRLƏR