• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlandı

CƏMİYYƏT

28 Sentyabr 2024 | 10:18

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlandı

VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.


SON XƏBƏRLƏR