• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli olacaq

İDMAN

28 Sentyabr 2024 | 15:05

Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli olacaq

Bu gün Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, 8 qrossmeyster bu dəfə blits növündə mübarizə aparacaq.

14 turdan sonra xatirə turnirinin qalibi müəyyənləşəcək.

Rapid yarışının ardından rusiyalı Yan Nepomnyaşi 10 xalla liderdir.

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov (9 xal) ikinci pillədə qərarlaşıb. Özbəkistanlı Nodirbek Abdusattorov ilə digər rusiyalı Vladislav Artemyev (hər ikisi 8) 3-4-cü, macar Riçard Rapportla Aydın Süleymanlı (hər ikisi 6 xal) 5-6-cı yerləri bölüşdürürlər. Hindistanlı Aravind Çitambaram 5 xalla 7-ci, Rauf Məmmədov isə 4 xalla 8-ci sıradadır.

Qeyd edək ki, sonuncu turdan sonra bağlanış mərasimi baş tutacaq.


SON XƏBƏRLƏR