• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Salah bu siyahıda 8-cidir

İDMAN

28 Oktyabr 2024 | 11:18

Salah bu siyahıda 8-cidir

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixində ən çox qol vuran futbolçular siyahısında səkkizinci yerə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, hücumçu bunu IX turda "Arsenal"a qarşı oyunda (2:2) gerçəkləşdirib.

Qarşılaşmanın 81-ci dəqiqəsində fərqlənən futbolçu Premyer Liqada 163-cü qoluna imza atıb. Beləliklə, misirli İngiltərə çempionatında ən çox qol vuran futbolçular siyahısında Robbi Faulerlə eyni - 8-ci pillədə yer alıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında ən çox qol vuran futbolçuların siyahısına "Nyukasl" klubunun sabiq hücumçusu Alan Şirer (260) başçılıq edir. Hazırda "Bavariya"nın formasını geyinən Harri Keyn (213) ikincidir. İlk "üçlüy"ü "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi (208) qapayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026