• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Turan Tovuz"dan yubiley qələbəsi

İDMAN

28 Oktyabr 2024 | 09:55

"Turan Tovuz"dan yubiley qələbəsi

“Turan Tovuz” Misli Premyer Liqasında 30-cu qələbəsini qazanıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley XI turun Qərb derbisinə təsadüf edib.

Tovuz təmsilçisi öz meydanında “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

Komanda 30-cu qalibiyyətini 83-cü oyununda əldə edib. Qərblilər 16 dəfə evdə, 14 dəfə səfərdə üç xal qazanıblar.

Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqada ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər görüşündə əldə edib – 1:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026