• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

İDMAN

28 Oktyabr 2024 | 10:45

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

“Qarabağ” klubu Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XI turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadır.

Qeyd edək ki, komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026