• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Rusiya Sumıda xəstəxananı hədəfə aldı - 8 ölü, 11 yaralı

DÜNYA

28 Sentyabr 2024 | 13:20

Rusiya Sumıda xəstəxananı hədəfə aldı - 8 ölü, 11 yaralı

Rusiya ordusunun səhər saatlarında Ukraynanın Sumı şəhərindəki xəstəxanaya hava zərbələri nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” hesabında paylaşım edib.

    Onun sözlərinə görə, hadisə zamanı binaya ciddi ziyan dəyib, 113 nəfər təxliyə edilib. V. Zelenskinin sözlərinə görə, yerli strukturların nümayəndələri əraziyə cəlb olunaraq, operativ tədbirlərə başlayıb:

    “Dünyada bu müharibə ilə bağlı məlumatı olan hər kəs Rusiyanın hansı obyektləri hədəfə aldığına da fikir verməlidir. Onlar xəstəxanada pasiyentləri, mülki obyektləri hədəfə alır. Rusiyanı sülhə yalnız güc yolu ilə məcbur etmək olar”.


    SON XƏBƏRLƏR