İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İsrailin şənbə günü İrana endirdiyi zərbələrlə bağlı açıqlama verib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, İran İsrailin hücumuna cavab vermək üçün bütün mövcud vasitələrdən istifadə edəcək.
Qeyd edək ki, İsrail oktyabrın 1-də Tehranın öz ərazisinə raket hücumuna cavab olaraq İranın hərbi obyektlərini hədəfə alıb.
Mina Mikayılova















