• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Dünya Çempionatında velosipedçi qız yıxılaraq ölüb

İDMAN

28 Sentyabr 2024 | 15:33

Dünya Çempionatında velosipedçi qız yıxılaraq ölüb

İsveçrəli 18 yaşlı velosipedçi Muriel Furrer 2024-cü il Dünya Çempionatında yeniyetmə qadınlar arasında qrup yarışı zamanı yıxılaraq faciəvi şəkildə ölüb.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 26-da baş verib.

Furrer ağır vəziyyətdə vertolyotla Sürix xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, dünən ölüb.

2024-cü ilin cari mövsümündə Muriel Furrer İsveçrə çempionatında iki gümüş medal qazanıb.


SON XƏBƏRLƏR