• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

BRİKS-in genişlənməsinin ilk dalğası oktyabrda başlayacaq

DÜNYA

28 Sentyabr 2024 | 13:36

BRİKS-in genişlənməsinin ilk dalğası oktyabrda başlayacaq

"BRIKS-in genişlənməsinin ilk dalğası oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək birlik sammiti zamanı başlayacaq".

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.

O qeyd edib ki, təşkilatın ilk genişlənməsi onlarla dövləti əhatə edəcək: “Hazırda Rusiya sədrliyi genişlənmənin ilk dalğasında olacaq bu ölkələrin siyahısını formalaşdırır”.

Hazırda BRICS üzvlərinə 9 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya.

Daha əvvəl 34 ölkənin BRICS-ə qoşulmaq üçün müraciət etdiyi bildirilib. Onların arasında Azərbaycan və Türkiyə də var.


SON XƏBƏRLƏR