• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Vətən şəhidləri Türkiyədə də anıldı -FOTOLAR - VIDEO

CƏMİYYƏT

28 Sentyabr 2024 | 15:19

Vətən şəhidləri Türkiyədə də anıldı -FOTOLAR - VIDEO

27 Sentyabr - Azərbaycanda Anım Günü digər ölkələrdə də qeyd olunur.

Bakıvaxtı.az belə ölkələrdən biri də qardaş Türkiyədir.

Bandırma Universitetində təhsil alan azərbaycanlılar, eyni zamanda Bandırmada yaşayan soydaşlarımız Anım Günü ilə əlaqədar tədbir keçirib.

Bandırma Universitetinin tələbəsi, azərbaycanlı fəal Nurlan İsgəndərov saytımıza bildirib ki, tədbirdə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən söz açılıb, torpaqlarımız uğrunda canını fəda verən oğullarımızın xatirəsi anılıb.

Daha sonra şəhidlərin xatirisəsinə ehsan verilib.

"Azərbaycan var olduqca şəhidlərimiz baş tacımız olacaq, onların xatirəsini daim uca tutacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirik", - deyə Türk Dünyası Gənclik Topluluğunun başqanı Eşqin Məmmədli tədbirdə bildirib.

Nərgiz Məmmədli 


SON XƏBƏRLƏR