• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkərandakı tarixi qala bərpa EDİLƏCƏK

CƏMİYYƏT

28 Oktyabr 2024 | 15:01 | Müəllif: Əli Hüseynov

Lənkərandakı tarixi qala bərpa EDİLƏCƏK

Lənkəran şəhərində yerləşən Dairəvi qala bərpa ediləcək.

Bakıvaxtı.az bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.

Məlumata görə, hazırda bərpa prosesi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.

Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR