• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO

CƏMİYYƏT

27 Noyabr 2024 | 13:15

İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib. 

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ağayev Murad Əsgər oğlu başçısının köməkçisi təyin olunub. 

Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib. 

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.

Məlumat mətbuatda dərc olunduqdan sonra - 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib. 


SON XƏBƏRLƏR

23 Aprel 2025